AZ

Azərbaycan və Özbəkistanı ortaq köklər, mənəvi dəyərlər, zəngin tarixi və mədəni irs birləşdirir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövlət başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiyaAgentliyinə (UzA) müsahibəsi Azərbaycan-Mərkəzi Asiya ölkələri, ocümlədən Azərbaycan-Özbəkistan münasibətlərinə bir daha aydınlıqgətirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan vəMərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahidtarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlkbaxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən coğrafi olaraqayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bugün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydənəvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının vətarixi əməkdaşlığının rəmzidir. Ölkələrimizi təkcə coğrafiya deyil,həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər,adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ənyüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusiəhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasındaikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlikmünasibətləri, həmçinin fəal siyasi dialoq və qarşılıqlı səfərlərbu əməkdaşlıq formatının uğur qazanmasında mühüm rol oynayır. Sonbir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin vətəmasların dinamikası ölkələrimizin münasibətlərinin yüksəksəviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildəMərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30,Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrə 13 dəfəsəfər edib.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində prioritetistiqamətlərdən biri Türk dünyası ilə birliyin, həmrəyliyingücləndirilməsidir. Türk dünyası dedikdə, ilk növbədə, Türkiyə iləyanaşı Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbəuzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regiondayerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinininkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionlaəlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri dəmühüm rol oynayır.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevmüsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündəsayca üçüncü iştirakı olacağını önə çəkərək belə bir əminliyi ifadəetdi ki, bu görüş qardaş xalqlarımız arasında əsrlər boyu davamedən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat,investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiyasahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsindəəhəmiyyətli mərhələ olacaq.

Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizdən sonraAzərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksəkdinamika müşahidə olunur. Mərkəzi Asiya dövlətləri yaxın dost,qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər.Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə buregionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Regionölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılanbərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bubaxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbəkxalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəyadına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Dövlətbaşçısı İlham Əliyev müsahibəsində də bu məqama xüsusi diqqətyönəltdi. Vurğuladı ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünüdəyişməz olaraq dəstəkləyib. Qardaş Özbəkistana Qarabağın bərpasınaverdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimiMirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdintəhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığını bildirəndövlət başçısı İlham Əliyev qeyd etdi ki, Özbəkistan Qarabağbölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəlisürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada ilk liderolub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımızarasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbuledəcəyik.

Millət vəkili bildirib ki, Özbəkistan Azərbaycan üçün qardaşölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər,dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir.Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmətbəsləyiblər. Dövlətlərarası münasibətlərimiz bu möhkəm təməlüzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistanarasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.Münasibətlərimizin inkişafına təsir edən digər mühüm amil ikiölkənin dövlət başçıları arasında mövcud olan şəxsi etimad vədostluq münasibətləridir. Prezidentlər İlham Əliyev və ŞavkatMirziyoyevin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsitöhfələri xüsusi qeyd edilir. Özbəkistan Prezidenti ŞavkatMirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini daimxüsusi vurğulayır. Azərbaycanın Özbəkistan üçün münasibətlərintamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biriolduğunu qeyd edən Özbəkistan Prezidenti onu da bildirir ki, bizhəqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsimünasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib.Keçən ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, bu iliniyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərioldu. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədənStrateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqındaBəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “AzərbaycanRespublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlikmünasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlərimzalanmışdı. Qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistanmünasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya vəXəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yenitərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütünsahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin“Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm” fikirləriiki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişafının,həmçinin Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin dostluqmünasibətlərinin göstəricisi kimi dəyərləndirilir. Prezident İlhamƏliyev onu da qeyd etdi ki, hər dəfə Özbəkistanın dinamikinkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləriböyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslıislahatlar və cəmiyyətin bütün sahələrinin ardıcılmüasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına vəbeynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bunailiyyətlər dost və qardaş, Prezident Şavkat Mirziyoyevinrəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlətsiyasətinin göstəricisidir.

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil,həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan vəÖzbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türkbirliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundanəlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam ƏməkdaşlıqTəşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalqtəşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlhamƏliyevin sözügedən müsahibəsi Azərbaycan və Özbəkistanıniqtisadi-ticari, logistika, nəqliyyat, mədəni və humnitar sahədəəlaqələrinin dünəninin, bugününün və gələcəyinin aydın mənzərəsinitəqdim etdi. Bir daha vurğulandı ki, ənənəvi dostluq və qardaşlıqmünasibətlərimizin daha da möhkəmləndirilməsi üçün geniş imkanlarmövcuddur. Prezident İlham Əliyev bu çağırışı etdi ki, qoy, əsrlərboyu qardaş xalqlarımızı və ölkələrimizi birləşdirən dostluq vəəməkdaşlıq əlaqələri daha da möhkəmlənsin.

Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyüuzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu günAzərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlutəşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib.Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin TürkDövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadiƏməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onunqlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarınıgenişləndirib. Hazırda Azərbaycanın Mərkəzi Asiya ölkələri iləəlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və stratejisəviyyəyə yüksəlir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındaəlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerjitəhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərbarasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkəvə etibarlı tərəfdaşdır.

Məqalədə:
Seçilən
13
4
az.trend.az

5Mənbələr