Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Son illərdə avtomobillərin internetə və mobil şəbəkələrə qoşulması onların "hacklənmə" riskini artırıb”.Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib. O qeyd edib ki, avtomobil sensorları və idarəetmə sistemləri kiberhücumlara açıq ola bilər:“Məsələn, əyləc və sükan sisteminə müdaxilə texniki baxımdan mümkündür. Belə hücumlar nadir olsa da, laboratoriyada sübut olunub. İstehsalçılar proqram təminatını daimi yeniləməlidir. Yenilənmələr vasitəsilə avtomobil uzaqdan güncəllənə bilər. Şifrələmə və autentifikasiya məlumatları qoruyur. Sensorlar və idarəetmə modullarına yalnız sertifikatlı proqramlar icazə almalıdır. Həmçinin, şəbəkə monitorinqi və anomaliyaların aşkarlanması sistemləri vacibdir. Təhlükəsizlik auditi və sınaqlar istehsalçıların öhdəliyidir. İstehlakçılara təhlükəsizlik qaydaları bildirilməlidir. Bu tədbirlər riskləri azaldır, amma tam aradan qaldırmır”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.