Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qardaş Türkiyəyə məxsus hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması əlbəttə ki, müəyyən suallar yaratdı. Qəza ilə bağlı çox müxtəlif ehtimallar səsləndirilir. Ciddi araşdırmalar gedir. İlkin versiyalarda düşünülürdü ki, təyyarəyə xarici müdaxilə ola bilər, hətta məlumatlar yayılmışdı ki, həmin ərazidə helikopter görülüb. Amma sonra məlum oldu ki, bu, Gürcüstana aid helikopterdir. Mütəxəssislər helikopterlə təyyarənin toqquşmasını da imkansız hesab edirlər”.Bunu Demokrat.az- açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, təyyarənin ilkin görüntüləri, qalıqlar müəyyən ilkin rəylərə gəlməyə əsas verir:“Ən dəqiq cavab qara qutu təhlil olunandan sonra veriləcək. Ümumən isə ilkin və daha güclü versiya texniki nasazlıqla bağlı versiyadır. Azərbaycan və Türkiyə arasında münasibətləri pozmaq istəyən qüvvələr var və bu bir sirr deyil. Bir çox ölkə Türkiyənin bölgədə artan nüfuzundan və Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsindən narahatdır. Məhz onların Türkiyə içərisindəki şəbəkələri bu münasibətləri pozmağa çalışırlar, bunu bir neçə faktor üzərindən həyata keçirməyə çalışırlar. Bu cəhdlərin hansısa nəticə verməyəcəyi aydın məsələdir”.Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.