ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
"Əslində tətbiq olunan yenilik irəliyə doğru atılan addımdır, kirayə haqqlarından ödənilən verginin 14 faizdən 10 faizə endirilməsi sosial addımdır. Məqsəd odur ki, vergi prosesindən yayınanlar müəyyən mənada stimullaşsın. Həm də bu bir siqnaldır ki, gələn il kirayə mənzil biznesində vergilərdən yayınmaq daha çətin olacaq. Bu sahədə fəaliyyət göstərən həm sahibkar, həm də vətəndaş mütləq vergilərini ödəməlidir".Bunu Demokrat.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ki, 10 faiz dünya təcrübəsi ilə müqayisədə kifayət qədər aşağıdır:"Türkiyədə kirayədən əldə edilən məbləğ artdıqca, vergi də artır, azaldıqca azalır. Amma ən aşağı vergi belə bizim tətbiq etdiyimiz 10 faizdən yuxarıdır. Avropa ölkələrində də çox yüksək vergilər tətbiq edilir. Ümumiyyətlə adətən passiv biznes fəaliyyətinə yüksək vergi tətbiq edilir. Bu, sanki yazılmamış qanundur. Bütün hallarda gizli gəlirlərin şəffaflaşdırılması, rəsmiləşdirilməsi Azərbaycan dövləti üçün ciddi məsələdir. Vətəndaşlar da bu məsələdə kömək etməlidirlər. Bizim hesablamamıza görə kirayə bazarında 80 faiz şəxs vergidən yayınır. İnsanlar öyrənməlidirlər ki, əldə etdikləri gəlirlərin dövlətə vergisi verilməlidir". Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.