Rusiyanın Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçev Kalininqradda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi ilə görüşüb.
Görüşlə bağlı açıqlamaları Rusiyanın TASS xəbər agentliyi yayıb.
Lixaçev bildirib ki, Zaporojya Atom Elektrik Stansiyasına sentyabrın 23-dən oktyabrın 23-dək intensiv hücum edilib:
Bəşər tarixində ilk dəfə olaraq böyük nüvə obyekti bir ay ərzində xarici enerji ilə əlaqəsi kəsilmiş vəziyyətdə qaldı. Əməliyyat heyəti qüsursuz fəaliyyət göstərmiş, stansiyanın təhlükəsizliyi tam təmin edilmişdir.
Lixaçov qeyd edib ki, MAQATE ilə birlikdə zavodda təhlükəli vəziyyət nəzarətə götürülüb, təhlükəsizlik tam təmin edilib.
Lixaçev çərşənbə gecəsi Novovoronej Atom Elektrik Stansiyasına təxminən səkkiz pilotsuz təyyarə hücumuna da toxunub:
Bütün PUA-lar vurularaq zərərsizləşdirilib. Bəzi fraqmentlər konstruksiyaya düşərək paylama sisteminə ziyan vurub. Üç aqreqat müvəqqəti olaraq şəbəkədən ayrılıb, lakin təmir tez bir zamanda başa çatdırılaraq səhərə qədər aqreqat öz nominal gücünə qaytarılıb və elektrik enerjisi istehsalı bərpa olunub.