AZ

Sinner Şeltonu məğlub edərək yarımfinala yüksəldi

İtaliyanın ikinci raketkası Yannik Sinner Turində keçirilən ATP Final 2025-in qrup mərhələsində ardıcıl üçüncü qələbəsinə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, İtaliyalı tennisçi son görüşdə ABŞ təmsilçisi Ben Şeltonu 6:3, 7:6 (7:3) hesabı ilə üstələyib.

1 saat 35 dəqiqə davam edən matçda Sinner 11 “eys” edib, cüt səhv buraxmayıb və iki brayk əldə edib. Şelton altı “eys”lə çıxış etsə də, iki dəfə cüt səhvə yol verib və yeganə brayk şansından yararlana bilməyib.

Sinner yarımfinalda avstraliyalı Aleks de Minorla üz-üzə gələcək.

Seçilən
34
90deqiqe.az

1Mənbələr