AZ

“Nеptun” raketləri ilə Rusiya dərinliyinə zərbələr: Novorossiysk limanı və S-400 məhv edildi

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gecə saatlarında Rusiya ərazisinə endirilən genişmiqyaslı zərbələrlə bağlı yeni açıqlama yayıb.

Rəsmi məlumata görə, “Nеptun” qanadlı raketləri bu dəfə Novorossiysk istiqamətini hədəfə alıb. Zərbələr nəticəsində dəniz limanı, neft terminalı, S-400 zenit-raket kompleksinin buraxılış qurğuları və raket anbarları vurulub.

Bundan əlavə, Ukrayna tərəfi bildirir ki:

Saratov vilayətindəki neft emalı zavodu (NEZ) vurulub;

Engels yaxınlığında yanacaq-sürtkü materialları anbarı sıradan çıxarılıb.

Rusiya rəsmiləri də Novorossiyskdə partlayışların baş verdiyini təsdiqləyiblər.

Hadisə bölgəsində yanğınlar və ciddi dağıntıların olduğu bildirilir. Rəsmi Moskva isə indiyədək zərbələrin miqyası barədə ətraflı açıqlama verməyib.

Seçilən
41
musavat.com

1Mənbələr