AZ

Ermənistan onu Rusiyaya təhvil verməyəcək

Rusiya hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıqda ittiham olunaraq axtarışa verilən Soçidən olan iş adamı Ruben Tatulyan Rusiyaya ekstradisiya olunmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Baş Prokurorluğundan məlumat verib.

 

“Tatulyan Ermənistan vətəndaşı olduğuna görə həbs olunmayıb və buna görə xarici dövlətə təhvil verilməyəcək”, - məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Rusiyada kriminal aləmdə “Robson” kimi tanınan Tatulyan dələduzluq, cinayətkar icma təşkil etmək və qətl ittihamları ilə axtarışdadır.

Seçilən
11
1
modern.az

2Mənbələr