AZ

Ermənistan Rusiyanın tələbini rədd etdi

Ermənistan Prokurorluğu Rusiyada cinayət fırıldaqçılığı işi ilə bağlı olan iş adamı Ruben Tatulyanı Rusiyaya ekstradisiya etməyəcək.

Bu barədə Ermənistan Prokurorluğu məlumat verib: “Tatulyan Ermənistan Respublikasının vətəndaşı olduğu və buna görə də xarici dövlətə ekstradisiya edilə bilməyəcəyi əsas gətirilərək həbs edilməyib.”, – prokurorluğdan bildiriblər. Nəzarət orqanı aydınlaşdırıb ki, Ermənistan hüquq-mühafizə orqanları işçiləri iş adamını noyabrın 7-də tapıblar. Ermənistan Daxili İşlər Nazirliyinin əvvəllər izah etdiyi kimi, Tatulyan saxlanılıb və onun haqqında məlumat ölkə Prokurorluğuna göndərilib.

Qeyd etmək lazımdır ki, bu il Rusiya məhkəməsi Tatulyanın borcun ödənilməməsi və mənimsəmə ilə bağlı iş üzrə təxminən 4 milyard rubl dəyərində aktivlərini müsadirə edib. Soçidə bizneslə məşğul olan erməni iş adamı Rusiyada qiyabi həbs edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr