Peşəkar Futbol Disiplin Qurumu (PFDK) mərc qalmaqalı ilə əlaqədar iki futbolçu barədə qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Eren Elmalıya – mərc oyunlarında adı keçdiyi üçün 45 gün müddətinə uzaqlaşdırma cəzası verilib.
Metehan Baltacıya isə daha ağır sanksiya tətbiq olunub. Gənc müdafiəçi 9 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Qurum mərc fəaliyyətinin futbolda ciddi qayda pozuntusu olduğunu və sərt cəzaların davam etdiriləcəyini bildirib.
Kamil Xudiyev