Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Qardaş Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması böyük faciədir. Qəzada həyatını itirən bütün hərbçilərə Allahdan rəhmət diləyirik, yaxınlarına və Türkiyə xalqına başsağlığı veririk”.Bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.O əlavə edib ki, qəzanın səbəbləri ilə bağlı ictimaiyyətdə və sosial şəbəkələrdə müxtəlif ehtimallar səsləndirilir:“Lakin ilkin faktlar göstərir ki, hadisənin baş verməsində əsas versiya texniki nasazlıqla bağlıdır. 50 ilə yaxın istismarda olan bu tip təyyarələrin texniki risk daşıması ehtimalı yüksəkdir. Digər mümkün səbəb isə təyyarəyə yüklərin düzgün bərkidilməməsi, fiksasiya olunmaması göstərilir. Bu kimi hallar uçuş zamanı yük balansının pozulmasına və qəzanın baş verməsinə səbəb ola bilər. Kənar müdaxilə, təxribat və ya terror ehtimalları isə indiki mərhələdə əsaslı deyil. Təyyarənin qalıqları üzərində aparılan ilkin baxış zamanı partlayış və ya xarici müdaxiləyə dair heç bir izə rast gəlinməyib. Ən önəmlisi isə odur ki, təyyarənin qara qutusu artıq tapılıb və Azərbaycan, Türkiyə və Gürcüstandan ibarət müştərək komissiya qəzanın səbəblərini ətraflı araşdıracaq. Bu araşdırmalar nəticəsində hadisənin dəqiq səbəbləri müəyyən olunacaq. Yayılan fərziyyələrin əsassız olub-olmadığı tam aydınlaşacaq”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.