AZ

Narkotik mədəniyyətimizi məhv etdi, Nurlan, Mirkamil haradadır?

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kamran Yunis sənət aləmindəki ciddi problemi gündəmə gətirib.

Milli.Az xəbər verir ki, aktyor Kamran Yunis son açıqlaması ilə diqqətləri öz üzərinə çəkib. O, sənət mühitində pis vərdişlərə meyilli olan şəxslərin çoxalmasının ciddi narahatlıq doğurduğunu deyib.

Kamran Yunisin sözlərinə görə, narkotik təkcə digər sahələrə deyil, Azərbaycanın incəsənətinə də ağır zərbə vurur:

"Bu problem sənət adamlarımızı da sıradan çıxardır. Tək narkotiki demirəm. Mirkamil Kamilov, Nurlan Növrəsli, Şahin Növrəsli kimi istedadlı adlar mədəniyyətimiz üçün böyük dəyərdir. Onların fəaliyyətinin dayanması sənətimizə itki gətirir. Aygün Bəylər vəfat etdikdən sonra hər kəs onun dəyərindən danışmağa başladı. Öləndən sonra oldu matah bir şey. Halbuki biz onun sənətini sağlığında da yüksək qiymətləndirməli idik".

Aktor əlavə edib ki, sənət adamlarına vaxtında dəyər vermək vacibdir:

"Sənətçi tərifə deyil, diqqətə möhtacdır. İnsanların yaşadıqları dövrdə onların yanında olmaq lazımdır".

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
news.milli.az

3Mənbələr