AZ

Kavelaşvili Azərbaycan-Ermənistan sülhündən danışdı

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, tərəflər görüş zamanı siyasi, iqtisadi, mədəni və təhsil sahələrində mövcud əlaqələri, eləcə də ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Kavelaşvili qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında gələcəkdə imzalanması planlaşdırılan sülh sazişini alqışlayır:

“Ümid edirik ki, Ermənistan və Azərbaycan yaxın zamanda sülh sazişini rəsmən imzalayaraq Cənubi Qafqazda pozitiv inkişaf dinamikasını və regionun cəlbediciliyini keyfiyyətcə yeni mərhələyə yüksəldəcəklər. Gürcüstan bu prosesdə regionda sülhə və sabitliyə tam dəstək verir və öz töhfəsini verməyə hazırdır”.

Seçilən
12
8
editor.az

9Mənbələr