AZ

Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.

Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

Seçilən
96
8
90deqiqe.az

10Mənbələr