AZ

“Macarıstan Rusiya əlaqədə olan yeganə Avropa İttifaqı ölkəsidir” Orban

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Budapeştdə Rusiya-Amerika sammitinə hazırlıq davam edir və Macarıstan onun baş tutması üçün əlindən gələni etməyə hazırdır”.

525.az xəbər verir ki, bu barədə , Macarıstanın Baş naziri Viktor Orban deyib.

O bildirib ki, Budapeştdə keçiriləcək mühüm sülh sammitinə hazırlıq gedir. Macarıstan sülhə dəyərli töhfə verir, çünki Rusiya ilə açıq ünsiyyət kanallarını saxlayan və daimi əlaqədə olan yeganə Avropa İttifaqı ölkəsidir.

"Biz onlarla danışıqlar aparırıq və mən bütün Avropada yeganə Baş nazirəm ki, lazım gələrsə, Rusiya prezidenti ilə danışa bilərəm. Sülhə nail olmaq üçün bunu çox vacib hesab edirəm”, - Orban söyləyib.

Əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün ABŞ prezidenti Donald Trampa ümid bəsləyir.

Baş nazir Trampın Macarıstanı Rusiya nefti və qazına qarşı sanksiyalardan azad etməyə razı olmasının səbəbini də açıqlayıb:

“Macarıstan hələ də Rusiya enerjisi olmadan yaşaya bilməz, lakin təchizat marşrutlarını və mənbələrini şaxələndirməyə davam edir”. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
525.az

1Mənbələr