AZ

Yermak ABŞ diplomat ilə görüşdü: “Araşdırmalar qərəzsiz olmalıdır və Rusiyanın planlarına xidmət etməməlidir”

Musavat.com xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Deyvislə görüş keçirib.

Görüşdə həm Ukraynada baş verən korrupsiya qalmaqalları, həm də döyüş meydanındakı vəziyyət müzakirə olunub.

Yermak bildirib ki, tərəflər son səs-küylü korrupsiya işlərinin tam, peşəkar və qərəzsiz şəkildə araşdırılmasının vacibliyi barədə ortaq mövqeyə sahibdirlər. Onun sözlərinə görə, bu araşdırmalar Ukraynanın sabitliyini pozmaq və Rusiyanın planlarına xidmət etmək üçün alətə çevrilməməlidir.

Görüşdə həmçinin Ukraynanın Rusiya ərazisinə endirdiyi uzaqmənzilli zərbələr və cəbhədəki son vəziyyət də müzakirə olunub.

Yermak əlavə edib:

“Yalnız güc yolu ilə biz təcavüzkarı real danışıqlara məcbur edə bilərik”. 

Görüşlə bağlı əlavə detallar açıqlanmayıb. 

 

Musavat.com

Seçilən
12
10
musavat.com

10Mənbələr