AZ

Rusiya Azərbaycanın notasına cavab verdi

Azərbaycanın Kiyevdəki səfirliyinə hücum etmək niyyətimiz olmayıb. “İsgəndər” raketi yalnız hava hücumundan müdafiə zamanı diplomatik nümayəndəliyin ərazisinə düşə bilərdi.

Moderator.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib .

"Əgər bu, həqiqətən də baş veribsə, təbii ki, heç kimin Azərbaycan səfirliyini atəşə tutmaq niyyəti olmayıb. Biz yalnız hərbi sənaye kompleksinin fəaliyyətini təmin edən infrastruktura, hərbi obyektlərə zərbələr endiririk. Bu, elektron müharibə və hava hücumundan müdafiə sistemləri işləyəndə də baş verə bilər. Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi müəyyən izahat verməlidir ki, bunu heç kim planlaşdırmayıb”, - Çepa qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyimizin raket hücumuna məruz qalmasına etira olaraq Rusiyaya etira notası təqdim edib.

Seçilən
22
13
moderator.az

10Mənbələr