AZ

F-1-də pilotlar nömrələrini dəyişə biləcək

Beynəlxalq Avtomobil Federasiyasının Komissiyası növbəti mövsüm üçün Formula-1 qaydalarında dəyişiklikləri təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Yeni qaydalara əsasən, pilotlar nömrələrini dəyişə biləcəklər. 2014-cü ildən Formula-1-də pilotlara daimi nömrələr təyin olunub və onlar yarış karyerası boyunca həmin nömrəni qoruyublar. Lakin yeni sistemin detalları hələ açıqlanmayıb.

Qeyd edək ki, istisna bir nömrədir – 1 nömrə yalnız cari dünya çempionu tərəfindən götürülə bilər. Çempion həmçinin bu nömrədən imtina edib daimi nömrəsini saxlaya bilər, hansı ki, bunu Luis Hemilton “Mersedes”də etmişdi.

Seçilən
84
90deqiqe.az

1Mənbələr