Rusiya Ukraynadakı münaqişə zamanı Şimali Koreyanın ona göstərdiyi köməyi unutmayacaq. Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Rusiya Şimali Koreyadakı dostlarına fədakar və qəhrəmancasına köməklərinə görə minnətdardır. Peskovun sözlərinə görə, Şimali Koreya ordusu xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusuna dəstək verir. Peskov həmçinin qeyd edib ki, Şimali Koreyanın mühəndis bölmələri Kursk bölgəsində işlərini davam etdirir. Peskovun G20-dən danışarkən Rusiyanın buna maraqlı olduğunu ifadə edib.