AZ

ABL: "Naxçıvan" "Sumqayıt"ı üstələdi

Azərbaycan Basketbol Liqasında VII turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, B qrupunda "Sumqayıt" "Naxçıvan"la üz-üzə gəlib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların 116:99 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Lənkəran" "Sərhədçi"ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.

Seçilən
3
fanat.az

1Mənbələr