AZ

Nadir metalları bitkidən “çıxarmağın” yolu tapildı – sensasion kəşf

Musavat.com xəbər verir ki, Çin tədqiqatçıları ilk dəfə olaraq nadir torpaq metalları birbaşa canlı bitkidən əldə etməyə nail olublar. Bu elmi nailiyyət beynəlxalq elmi dairələrdə böyük maraq doğurub.

Məlumata görə, müəyyən paporotnik növləri torpaq və sudakı metal ionlarını özünə çəkərək toxumalarında monasit kristalları formalaşdırır. Monasit nadir torpaq elementləri ilə zəngin mineral hesab olunur və ən mühüm məqam — bitki mənşəli monasit radioaktiv deyil.

Alimlərin fikrincə, bu paporotniklər çirklənmiş ərazilərdə həm torpağı ağır və radioaktiv maddələrdən təmizləyə, həm də qalıq nadir torpaq metalları “yığaraq” iqtisadi dəyər yarada bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu metod köhnə mədən sahələrində tətbiq edilərsə, həm ekoloji fəsadları azaltmaq, həm də nadir torpaq elementlərinin hasilatında yeni, ucuz və təhlükəsiz mərhələ başlatmaq mümkün olacaq. 

 

Musavat.com

Seçilən
170
1
musavat.com

2Mənbələr