AZ

Rusiyaya işləyən “xain” Avropaya qaçarkən yaxalandı

Musavat.com xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın tərəfində döyüşmüş ukraynalı vətəndaşı Litva sərhədində saxlayıb. Məlumata görə, həmin şəxs Ukrayna pasportundan istifadə edərək Avropa İttifaqına daxil olub sığınacaq almağa cəhd edib.

SBU-nun açıqlamasına əsasən, saxlanılan şəxs 33 yaşlı dron operatorudur. O, Sumı vilayətində anadan olub, Krımın işğalından sonra yarımadaya köçərək Rusiya pasportu alıb, “Yedinaya Rossiya” partiyasına üzv olub və Rusiya Müdafiə Nazirliyi ilə kontrakt imzalayıb.

Təlimi başa vurduqdan sonra o, Rusiyaya and içib və Xerson istiqamətində döyüşlərdə Ukrayna mövqelərinə qarşı dron pilotu kimi iştirak edib.

Litva sərhədçiləri onun şəxsiyyətini tanıdıqdan sonra dərhal Ukrayna tərəfinə təhvil veriblər.

Hazırda ona hərbi vəziyyət dövründə dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Qanun bu maddə üzrə ömürlük həbs və əmlakın müsadirəsini nəzərdə tutur. 

 

Musavat.com

Seçilən
124
musavat.com

1Mənbələr