Azərbaycan – Fransa oyunu öncəsi “bleuslar” Bakıya gəldi
Musavat.com xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin son turu çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Fransa milli komandası Bakıya çatıb.
Fransa futbolçuları və heyəti paytaxt hava limanında rəsmi şəxslər tərəfindən qarşılanıb. Komanda bu gündən etibarən matça hazırlığa başlayacaq.
Görüş yüksək maraqla gözlənilir.
Musavat.com