AZ

Qalatasaray İkardi ilə bağlı qərarını verdi

Qalatasaray müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq ulduz futbolçu Mauro İkardi ilə bağlı qərarını verib. Klub 32 yaşlı hücumçunun komandada saxlayacaq.

Milli.Az xəbər verir ki, argentinalı futbolçunun müqaviləsi 2026-cı ilin iyununda başa çatır.

İkardi Qalatasaray forması ilə 102 oyunda 67 qol vurub, 22 məhsuldar ötürmə edib.

Ulduz futbolçu Sarı-qırmızılılarla 3 dəfə Super Liqa çempionu olub, həmçinin Türkiyə Kuboku və Türkiyə Super Kubokunu qazanıb.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr