AZ

Mükəmməl cütlüklər münasibətlərini necə səssizcə məhv edir? - Terapevt açıqladı

Bir çox cütlər heç vaxt mübahisə etmədiklərini deyir, lakin bu, harmoniya deyil, daha çox təhlükə siqnalı ola bilər. Çünki mübahisələrin olmaması bəzən tərəflərdən birinin hisslərini boğması və ya gerçək duyğularını gizlətməsi deməkdir.

HİT.az xəbər verir ki, bu fikri “Psychology Today” üçün yazdığı məqalədə lisenziyalı həyat terapevti Con Kim səsləndirib. 

Onun sözlərinə görə, insanlar fərqli olduğu üçün mübahisələr qaçınılmazdır. Əsas məsələ tərəflərin mübahisə edib-etməməsi deyil, bunu necə etdikləridir.

Münaqişələr təhlükə deyil, məlumatdır. Onlar tərəfdaşların stressə reaksiyasını, hansı məsələlərin onları qıcıqlandırdığını və onlar üçün nəyin gerçəkdən önəmli olduğunu göstərir. Sağlam münasibətlərdə mübahisələr tərəfləri bir-birini daha yaxşı anlamağa yaxınlaşdırır, toksik münasibətlərdə isə etibarı dağıdır.

Müəllif yazır ki, əvvəllər onun tərəfdaşı Vaneessa ilə baş verən hər mübahisə qadının ayrılığa hazırlaşması ilə nəticələnirdi. O, sonradan bunun arxasında tərk edilmək qorxusunun dayandığını anlayıb. Artıq o, yalnız reaksiyanı deyil, reaksiyanın səbəbini də gördüyündən ünsiyyət dəyişib: ittihamların yerini empatiya, qarşıdurmanın yerini isə bu davranışın arxasında duran ehtiyacı anlamağa yönəlmiş cəhd edib.

Koç vurğulayır ki, konfliktlərdən yayınmaq münasibətləri qorumaq deyil, sadəcə insanı narahatlıqdan uzaqlaşdırmaqdır. Basdırılan incikliklər zamanla küskünlüyə, deyilməyən sözlər isə uzaqlaşmaya çevrilir və nəhayət, tərəflər bir-birini tanımaz hala gəlir.

Həqiqi yaxınlıq sükutdan deyil, hətta xoşagəlməz olsa belə, səmimi söhbətlərdən doğur. Əsas olan dağıtmaq deyil, hissləri qarşı tərəfi alçaltmadan ifadə edə bilməkdir. Sağlam cütlər mübahisələrdən qaçmır, mübahisə etməyi düzgün öyrənirlər: fasilə vermək, söhbətə geri dönmək və çətin anlarda belə yan-yana qalmağı bacarmaq kimi.

Samir

Seçilən
12
hit.az

1Mənbələr