AZ

Rusiya Vyana Konvensiyasının 22 ci maddəsini heçə sayır

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

"Hesab edirəm ki, artıq hər kəs aqressiyanın kimlər tərəfindən və hardan qaynaqlandığını tam formada başa düşdü. Kiyevdə səfirliyimizin yanına ballistik raketlə zərbə endirilməsi təsadüfi bir müharibə hadisəsi kimi qiymətləndirilə bilməz".Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, bu açıq şəkildə Vyana Konvensiyasının 22-ci maddəsinin, yəni, diplomatik missiyaların toxunulmazlığı təmin edən fundamental beynəlxalq hüquq normasının heçə sayılmasıdır:"Bu fakt Rusiyanın geosiyasi maraqlarını yalnız və yalnız hərbi gücün, zorakılığın tətbiqi ilə təmin etməyə çalışmasının sübutudur. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə vaxtında və adekvat reaksiya verməklə məsələnin ciddiliyini əks etdirdi.Biz çox yaxşı bilirik ki, Kremlin ruporları bu situasiyanı fərqli şəkildə canlandırmağa çalışacaq və mahiyyəti ört-basdır etmək istəyəcəklər".Pərviz Mirizadə qeyd edib ki, bu hadisə planlı şəkildə həyata keçirilib:"Rusiya hələ də anti-Azərbaycan ritorikası nümayiş etdirir və süni şəkildə gərginliyi artırmağa çalışır".Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
newscenter.az

2Mənbələr