ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə Rusiya ilə danışıqların başa çatdığını açıqlamaq göstərişi verib.
Globalinfo.az xəbər verir ki, Bu barədə Ali Radanın deputatı Oleksandr Dubinski teleqram kanalında məlumat paylaşıb.
Dubinskinin iddiasına görə, qərar qabaqlayıcı xarakter daşıyır və məqsəd mümkün beynəlxalq təzyiqlərin qarşısını almaqdır. O bildirib ki, Ukrayna rəhbərliyi müharibənin dayandırılması ilə bağlı xarici tərəfdaşların tələblərinin artacağından narahatdır.
Dubinski Zelenski hakimiyyətinin bu addımlarının Rusiya rəhbərliyinin maraqları ilə üst-üstə düşdüyünü də iddia edib.
“Və bunlar həm də təlxək Zelenskinin Putinin maraqlarına uyğun hərəkətləridir ”, – deyə o, yekunlaşdırıb.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.