AZ

Suriya paytaxtında raket hücumu - Xəsarət alanlar var

BAKI, 15 noyabr. TELEQRAF

Suriyanın paytaxtə Dəməşqin Mezze rayonunda yaşayış binasına raket hücumu həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi SANA hərbi mənbəyə istinadla bildirib.

Məlumata görə, hücum daşınan platformadan buraxılan raketlərlə baş verib. Hazırda hücumu kimin təşkil etdiyi və raketlərin kim tərəfindən təmin edildiyi araşdırılır.

İlkin məlumata əsasən, raket zərbəsi nəticəsində iki nəfər xəsarət alıb.

Seçilən
141
teleqraf.com

1Mənbələr