AZ

21 min sakin köçürülür: 450 kq lıq bomba tapıldı

Axar.az saytına istinadən ain.az xəbər verir.

Almaniyanın Nürnberq şəhərində İkinci Dünya Müharibəsindən qalma bombanın tapılması səbəbindən 21 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının məlumatında deyilir.

Bildirilib ki, bu, İkinci Dünya Müharibəsindən qalma bombanın aşkarlanmasından bəri Nürnberqdə ən böyük təxliyə əməliyyatıdır.

Təxliyə hava bombasının zərərsizləşdirilməsi üçün planlaşdırılan əməliyyatdan əvvəl həyata keçirilir. 800 metr radiusda bütün yolların bağlanması barədə göstəriş verilib.

Təxminən 450 kq ağırlığında olan bomba Qrossreut rayonunda tikinti işləri zamanı aşkar edilib. Bombanın zərərsizləşdirilməsi əməliyyatı sakinlərin təxliyəsi bitdikdən sonra başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
180
axar.az

1Mənbələr