AZ

UEFA “Fənərbaxça”ya 150 minlik cərimə kəsdi - Bu plankarta görə

UEFA “Fənərbaxça”nı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin Avropa Liqasında “Viktoriya”ya (Plzen) qarşı keçirdiyi səfər oyununda tribunada yaşananlar olub.

Belə ki, həmin matçda çexiyalı azarkeşlər “Vojna s Turkem musi bejt” (Türklərlə müharibə olmalıdır) pankartı açıb. Həmin pankart isə türkiyəli tərəfdarların narazılığına səbəb olub və qarşıdurma yaranıb.

Nəticədə UEFA “Fənərbaxça”nı 78 min avro (154 min manat) cərimələyib.

Üstəlik, növbəti iki səfər oyununda “Fənərbaxça” azarkeşlərinə bilet satılmayacaq.

Seçilən
196
50
sportinfo.az

10Mənbələr