AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu növbəti dəfə cəzalandırıb
Sportinfo.az xəbər verir ki, komitənin bu gün keçirilən iclasında baş məşqçinin5 oyunluq diskvalifikasiya edilməsinə qərar verilib.
O, 2-ci liqanın 8-ci turunda "Xankəndi" ilə oyunda hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb və bu hərəkətinə görə 5 oyunluq cəza ilə üzləşib. "Ağdaş" klubu isə 1000 manat cərimə edilib.
Ruslan Hüseynov oktyabr ayında Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində "Qaradağ-Lökbatan"la keçirilən görüşdə də eyni səbəbdən 4 oyunluq cəzalandırılmışdı.
O, aprel ayında 2-ci liqanın "Kür-Araz"la matçında da hakimləri təhqir edib və buna görə 5 oyunluq diskvalifikasiya edilib.
"Ağdaş" 8 turdan sonra 2-ci liqada 10 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.