AZ

Hindistanda polis məntəqəsində partlayış: 7 nəfər öldü

BAKI, 15 noyabr. TELEQRAF

Hindistanın Şrinagar şəhərində (Cammu və Kəşmir ittifaq ərazisi) Naugam polis məntəqəsində baş verən güclü partlayış nəticəsində azı 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə NDTV telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, partlayış kriminalistlərin məntəqədə saxlanılan partlayıcı maddələri yoxladığı vaxt baş verib.

Yaralılardan beşinin vəziyyəti kritik olduğundan, həlak olanların sayının artacağı istisna edilmir. Məlumata görə, ölənlərin əksəriyyəti polis əməkdaşları və məhkəmə-tibb ekspertləri olub.

Partlayış nəticəsində polis işçiləri ilə yanaşı, Şrinagar administrasiyasının iki rəsmisi də həyatını itirib. Yaralılar Hindistan ordusunun 92-ci hospitalına çatdırılıb.

Seçilən
291
50
teleqraf.com

10Mənbələr