AZ

Azərbaycanda metal filizlərin hasilatı 39%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 556,9 milyonmanatlıq metal filizləri hasil edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, metal filizlərin hasilatı ötən ilin eyni dövrüilə müqayisədə 38,7% artıb.

Bundan əlavə, dövr ərzində sahənin əsas məhsulu olan əmtəəlikneft hasilatı 23 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 32,3milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilinmüvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalıb, əmtəəlik qaz hasilatıisə 1,7 faiz artıb.

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanda mədənçıxarmasənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla,əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Seçilən
79
2
az.trend.az

3Mənbələr