AZ

"Fənərbaxça" səfərdə "Rizəspor"u böyük hesabla məğlub edib

Türkiyə Super Liqasında XIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Fənərbaxça" səfərdə "Rizəspor"la qarşılaşıb.

Gərgin keçən görüşün ilk hissəsi ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumların sayını artıran İstanbul təmsilçisi ardıcıl olaraq rəqib qapısından beş qol keçirib və qarşılaşmadan 5:2 hesablı qələbə ilə ayrılıb.

Türkiyə Super Liqası
XIII tur
15:30. "Rizəspor" - "Fənərbaxça" - 2:5

Seçilən
156
3
apa.az

5Mənbələr