AZ

Finlandiyada NATO nun daimi komandanlıq bölməsi yerləşdiriləcək

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Finlandiya hökuməti ölkə ərazisində Şimali Atlantika Alyansının (NATO) daimi komandanlıq bölməsinin yerləşdirilməsini planlaşdırır.

Bizimyol.info xəbər vrir ki, bu barədə ölkənin müdafiə naziri Antti Haykkyanen məlumat verib.

Nazirin sözlərinə görə, belə bir bölmənin Finlandiyada yerləşdirilməsi həm ölkənin, həm də alyansın şimal qanadının müdafiə qabiliyyətini gücləndirəcək. Bölmə NATO qüvvələrinə Finlandiyada və lazım gələrsə, bütün alyans üzrə rabitə və informasiya sistemlərinin təmin olunması ilə məşğul olacaq.

Yeni bölmənin təxminən 50 hərbi qulluqçudan ibarət olacağı gözlənilir. Yekun qərarın 2026-cı ilin fevralında NATO müdafiə nazirlərinin toplantısında veriləcəyi bildirilir.

Qeyd edək ki, oktyabr ayının əvvəlində Finlandiyanın cənub-şərqində, Rusiya sərhədindən 200 kilometrdən az məsafədə yerləşən Mikkeli şəhərində NATO quru qoşunlarının qərargahı rəsmi olaraq açılıb. Yeni qərargah sutkalıq fəaliyyət göstərir və ABŞ-ın şərq sahilindəki Norfolkda yerləşən əsas qərargaha tabedir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
bizimyol.info

1Mənbələr