AZ

Uzunömürlülüyün ən gözlənilməz amillərindən biri

Azpost saytına istinadən ain.az xəbər verir.

Məşhur onkoloq Silvio Garat tini uzunömürlülüyün incə mexanizmləri barədə danışarkən, insan ömrünü uzadan əsas amillərdən birinin qidalanmanın azaldılması olduğunu bildirib. AzPost xəbər verir ki, bu barədə “20minutos” nəşrinə istinadən məlumat verilir.

Mütəxəssisin sözlərinə görə, hələ qədim dövrlərdən gələn bir qayda var: insan süfrədən yüngül acılıq hissi ilə qalxmalıdır. Bu yanaşmanın elm tərəfindən də təsdiqləndiyini deyən həkim vurğulayıb ki, aparılmış araşdırmalar qida qəbulunun təxminən 30 faiz azaldılmasının ömrü 20 faizədək uzatdığını göstərir.

Onkoloq bununla yanaşı, kəskin aclıq rejimlərinə keçməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, müxtəlif tədqiqatlar tam sərbəst qidalanan insanlarla 10–12 saatlıq fasilələrlə yeyənlər arasında ciddi fərq aşkar etməyib. Bu səbəbdən mütəxəssis radikal pəhrizlərdən uzaq durmağa çağırır.

Garat tini uzunömürlülüyün digər şərtlərini də sadalayıb. Onun fikrincə:

Gündə azı beş kilometr sürətli addımlarla gəzmək,

Tərkibcə doğru qurulmuş, balanslı qidalanma,

Həmçinin ümumi sağlamlıq vərdişlərinin qorunması insan həyatına illər qata bilər.

Mütəxəssis qeyd edib ki, doğru qidalanma və hərəkətlilik insan orqanizminin yaşlanma prosesini yavaşıdan ən təbii vasitələrdir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
azpost.info

2Mənbələr