BAKI, 25 noyabr. TELEQRAF
Finlandiyanın onilliklər boyu bitərəfliyi bu ölkənin İkinci Dünya Müharibəsi zamanı Almaniya ilə birlikdə vəhşiliklərdə iştirak edən nasist keçmişinə kölgə salmayıb.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa-Rusiya Dialoq Assosiasiyasının "YouTube" kanalına müsahibəsində deyib .
"Onlar Adolf Hitlerlə birlikdə Sovet İttifaqının işğalında, Leninqradın mühasirəsinin təşkilində iştirak edib, vəhşiliklərdə və etnik təmizləmələrdə rol alıblar. Prezidenti Alexander Stubb açıq rusofob bəyanatlar verməklə ölkədəki nasizmin kökünün kəsilmədiyini göstərir" - Lavrov bildirib.