AZ

“Fənərbaxça” 25 milyona bu ulduzu alır FOTO

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

Türkiyə çempionatının 13-cü həftəsində “Rizəspor”u 5:2 hesabı ilə məğlub edən “Fənərbaxça” lider “Qalatasaray”la aradakı fərqi 1 xala endirib.

Metbuat.az xəbər verir ki, İstanbul klubu Türkiyə çempionu olmaq üçün bütün imkanları səfərbər edib.

Yerli KİV-in yazdığına görə, klub prezidenti Saadeddin Saran artıq kisənin ağzını açıb. “Fənərbaxça”nın yanvar ayında heyətini ulduz futbolçu ilə gücləndirəcəyi gözlənilir.

“Fanatik” qəzeti həmin futbolçunun adını açıqlayıb. Qəzet iddia edib ki, “Fənərbaxça” hazırda İspaniyanın “Atletiko Madrid” komandasında top qovan Aleksandr Serlotu almaqda israrlıdır.

“Fənərbaxça”nın norveçli qolçu üçün 25 milyon avrodan keçməyə hazır olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
metbuat.az

2Mənbələr