“Mançester Siti”nin hücumçusu Bernandu Silva Portuqaliya millisindəki hədəflərindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu klub səviyyəsində çox uğur qazandığını, lakin milli komanda ilə titul çatışmazlığı hiss etdiyini bildirib.
“Bu dünya çempionatında məqsədimiz uğur qazanmaq olacaq. Portuqaliya ilə dünya çempionu olmaq mənim ən böyük arzumdur”, – deyə o, Sport TV-yə açıqlamasında bildirib.
Qeyd edək ki, Portuqaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində öz qrupunda İrlandiya, Macarıstan və Ermənistanı qabaqlayaraq birinci yeri tutub. Mundial 2026-cı ilin yayında ABŞ, Meksika və Kanadada keçiriləcək.