AZ

Nə Arda, nə Kənan, nə də Hakan... Pep Qvardiola başqa bu türk ulduzu istəyir

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sağ cinah müdafiəçisi mövqeyinə türk oyunçunu gətirmək istəyir.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Pep Qvardiola bu dəfə nə Arda Gülər, nə Kənan Yıldız, nə də "İnter"də çıxış edən Hakanı istəyir. O, mövsümün sonunda "Roma" ilə müqaviləsi bitəcək Zeki Çeliyi transfer siyahısına alıb.

Məlumata görə, Pep Qvardiola klub rəhbərliyi və menecerlərinə onun alışını təmin etməyi istəyib.

Xatırladaq ki, Türkiyə millisinin də üzvü olan Zeki Çelik bu mövsüm "Roma"da 15 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Fərid ASLAN

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
mia.az

1Mənbələr