AZ

“Azərbaycan Çin üçün çox əhəmiyyətli ölkəyə çevrilib”

“Çinin strateji baxışında Azərbaycanın rolu, xüsusilə də geostrateji və iqtisadi baxımdan getdikcə daha əhəmiyyətli hala gəlir”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın “Tahririeh” saytında dərc edilmiş məqalədəndir.

Nəşr yazır ki, Azərbaycan, Qərb və Şərq arasında mühüm ticarət və nəqliyyat dəhlizləri ilə öz mövqeyini möhkəmləndirərək, Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas iştirakçılardan birinə çevrilib. “Bakı, Çindən aldığı silahlarla, xüsusən də HQ 9BE/FD 2000B hava hücumundan müdafiə sistemləri və Çin-Pakistan birgə istehsalı olan JF-17 qırıcıları ilə hərbi gücünü artırır. Bu, Azərbaycanın həm regional təhlükəsizlik, həm də hərbi balansda güclü mövqe tutmasına şərait yaradır”.

Fərda Uğur

Seçilən
73
1
tribunainfo.az

2Mənbələr