Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiyanın Orenburq şəhərindən olan fitnes məşqçisi və influencer Dmitri Nuyanzin yeni arıqlama proqramını reklam etmək üçün təhlükəli çəki artırma metodundan istifadə etdikdən sonra vəfat edib.
Axşam.az xəbər verir ki, 30 yaşlı məşqçi 23 kiloqramdan çox arıqlamaq üçün həftələrlə hər gün 10 min kalori qəbul edib. Daha sonra isə həmin çəkini öz proqramı ilə azaltmağı planlaşdırıb. Sosial şəbəkə paylaşımlarına görə, o, təxminən bir ayda 13,5 kiloqrama yaxın çəki toplayıb. Nuyanzin noyabrın 18-də çəkisinin artıq 104 kiloqramdan çox olduğunu paylaşıb.
Lakin Nuyanzin özünü pis hiss etməyə başlayıb və dostlarına həkimə gedəcəyini deyərək məşqlərini ləğv edib. O, yuxuda olarkən ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, məşqçi proqramı çərçivəsində Yeni ilə qədər bədən çəkisinin 10%-ni azaldan iştirakçılara 100 dollar ödəyəcəyini vəd etmişdi. O, sosial şəbəkədə arıqlama kursunun tezliklə başlayacağını və özü də iştirak edəcəyini yazmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.