AZ

Paylaşılan video gizlədilən silahların yerini ifşa etdi- BU ÖLKƏDƏ...

Ajans.az İsrail KİV-nə istinadən xəbər verir ki, ötən ay Şimal Dairəsi əməkdaşları Arrabedəki bir əraziyə basqın edərək 25 və 26 yaşlı iki şübhəlini həbs ediblər. Ərazidə aparılan axtarış zamanı tapança və sursatlarla dolu çanta tapılıb. Daha sonra polis şübhəlilərin tapançadan istifadə etdiyi videoları aşkar edib. İctimaiyyətə təqdim olunan görüntülərdə bir şübhəlidən birinin körpə oğlunun çarpayıda uzandığı zaman silahı uşağın üzərində tutduğu, hətta körpənin əlini silahın üzərinə qoyduğu görünür. Başqa bir videoda isə eyni şübhəlilərin açıq havada atəş açdığı qeyd olunur. Polis məsələ ilə bağlı araşdırmalarını davam etdirir və ictimaiyyətə xəbərdarlıq edib ki, uşaqların təhlükəsizliyini təhdid edən hərəkətlər ciddi cinayət hesab olunur.  

Seçilən
199
50
Ajans.az

10Mənbələr