AZ

İsrail Cənubi Livanda “Hizbullah“ın obyektlərinə silsilə zərbələr endirib

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

İsrail Müdafiə Qüvvələri (IDF) Cənubi Livanın bir neçə rayonunda "Hizbullah"ın obyektlərinə silsilə zərbələr endirdiyini təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə IDF-nin bəyanatında deyilir.

Məlumata görə, zərbələr terror qruplaşmasına məxsus raket qurğuları, silah anbarları və hərbi obyektlərə endirilib.

"Bu ərazilərdə "Hizbullah"ın fəaliyyəti və infrastrukturunun mövcudluğu İsraillə Livan arasında əldə olunmuş razılaşmaların pozulması deməkdir", - məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
2
moderator.az

3Mənbələr