Bakı. Trend:
Komanda işi bacarıqlarının gücləndirilməsi, ünsiyyət vəmotivasiyanın artırılması, iş səmərəliliyinin yüksəldilməsiməqsədilə “FINCA Azerbaijan” komandası “Basqal Resort”da keçirilənteambuilding tədbirində bir araya gəlib.
Rəngarəng və interaktiv proqramdan ibarət olan tədbirdəiştirakçılar komanda ruhunu gücləndirən oyunlarda əməkdaşlıq,qərarvermə və tapşırıqların yerinə yetirilməsi bacarıqlarınınümayiş etdiriblər. Bu fəaliyyətlər həm komanda dinamikasını, həmdə birlikdə düşünmə və problem həll etmə qabiliyyətlərini daha damöhkəmləndirib.
Tədbir, eyni zamanda, “FINCA Azerbaijan”a 12 ilrəhbərlik etmiş Tim Tarrantın vəzifədən ayrılması münasibətilətəşkil olunmuş vida görüşü xarakteri daşıyıb. Komandaüzvləri çıxışlarında Tim Tarrantın uzun illər ərzində qurumaverdiyi dəyərli töhfələri, liderlik üslubunu və təşkilatıninkişafında rolunu xüsusi olaraq qeyd ediblər.
Məlumat üçün bildirək ki, Timothy Tarrant “FINCAAzerbaijan”dakı fəaliyyətini 12 ildən sonra başa vurub. O,peşəkar karyerasına 2001-ci ildə başlayıb və 2013-cü ildən etibarən“FINCA Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatının icraçıdirektoru vəzifəsini icra edib. Bu illər ərzində o, “FINCA”nın üçfərqli ölkəsində ölkə direktoru kimi fəaliyyət göstərib, həmçininmaliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının vəAudit Komitəsinin üzvü olub.