AZ

19 ölkənin vətəndaşlarının yaşıl kartı yenidən araşdıracaq

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS), 19 ölkədən gələn şəxslərin yaşıl kart (green card) statusunun “ətraflı şəkildə” yenidən nəzərdən keçiriləcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də 26 noyabr tarixində Ağ Evə yaxın bir bölgədə xidmət edən iki milli qvardiya əsgərinə edilən hücumdan sonra miqrasiya siyasətləri sərtləşdirilir. 

USCIS direktoru Cozef Edlou “X” sosial media platformasında daimi hüquqi yaşayış statusu olan yaşıl kartla bağlı açıqlama verib. ABŞ Prezidenti Donald Trampın göstərişi ilə adı çəkilən ölkələrdən gələn hər bir xarici vətəndaşın yaşıl kart statusunun “ətraflı şəkildə” araşdırılacağını bildirən Edlou “Amerika xalqı əvvəlki rəhbərliyin məsuliyyətsiz siyasətlərinin bədəlini ödəməyəcək”,- deyə vurğulayıb. 

USCIS-in CNN-ə verdiyi açıqlamaya görə, bu siyahıya daxil olan ölkələr bunlardır: Əfqanıstan, Myanma, Çad, Konqo, Ekvator Qinesi, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan, Yəmən, Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
176
1
cebheinfo.az

2Mənbələr