AZ

Qırmızı Bazara qayıdan daha 16 ailə öz evlərinə yerləşdi


Bu gün növbəti köç karvanı ilə Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə olmaqla, 55 nəfər köçürülüb.

ZÜNRÜD

Seçilən
77
baki-xeber.com

1Mənbələr