AZ

Neymar əməliyyatdan niyə imtina edir?

“Santos”un hücumçusu Neymar Braziliya çempionatında komandanın yaşamaq uğrunda mübarizəsinə kömək etmək üçün ağrılara baxmayaraq oynamağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı braziliyalının sol dizindəki menisk zədəsini müalicə etmək üçün artroskopik əməliyyata ehtiyac var. Amma o, bundan imtina edir.

Həkimlərin tövsiyələrinə baxmayaraq, "sambaçı" 26 noyabrda “Santos”la birgə məşqə çıxıb və 29 noyabrda “Sport Resifi”yə qarşı keçiriləcək çempionat oyununa sifarişə daxil ola bilər.

Qeyd edək ki, “Mirasol”la (1:1) görüşün sonunda Neymar dizində narahatlıq hiss edib. O, 35-ci turda “İnternasional”la (1:1) oyunu buraxıb.

Seçilən
61
1
publika.az

2Mənbələr