AZ

Bakıda çoxmərtəbəli binada YANĞIN

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Seçilən
54
20
musavat.com

10Mənbələr