Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban Moskva görüşünü yekunlaşdırıblar.
Musavat.com xəbər verir ki, danışıqlar təxminən dörd saat davam edib.
Görüşdən əvvəl Orban Kremlin məlumatına əsasən bildirib ki, Budapeşt Ukrayna ilə bağlı mümkün sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.
Putin isə Orbanın Ukrayna məsələsindəki mövqeyini “çəkili, ölçülmüş, balanslı” adlandırıb və tərəflərin istənilən mövzunu açıq şəkildə müzakirə edə bildiklərini vurğulayıb.
Görüşün detalları açıqlanmasa da, əsas gündəmin Ukrayna müharibəsi, Avropa təhlükəsizliyi və ikitərəfli münasibətlər olduğu bildirilir.
Musavat.com